Bu gün Premyer Liqada yeni mövsümə start veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Premyer Liqada yeni mövsümə start veriləcək

İdman

05 Avqust 2022 07:51 1051


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünə start veriləcək.

Yenisabah.az xəbər verir ki, çempionat 10 komandanın iştirakı ilə keçiriləcək. Üstəlik ilk dəfə VAR sistemindən istifadə olunacaq.

I turun açılış matçı 4 ildən sonra elitaya qayıdan "Kəpəz"lə ötən mövsümün bürünc medalçısı "Zirə" arasında olacaq. Gəncə şəhər stadionunun tribunaları qəzalı vəziyyətdə olduğundan bölgə klubu rəqibini "Dalğa Arena"da qəbul edəcək.  Dominos pizza

Tura avqustun 6-sı, 7-si və 8-də keçiriləcək "Qarabağ" - "Səbail", "Şamaxı" - "Neftçi", "Sabah" - "Sumqayıt" və "Turan Tovuz" - "Qəbələ" görüşləri ilə yükun vurulacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!