Bu gün “Qarabağ“ - “Gent“ matçı var

saytların hazırlanması

Evə çatdırılma

Bu gün “Qarabağ“ - “Gent“ matçı var

İdman

16 Fevral 2023 08:36 852


Bu gün "Qarabağ" klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək. 

Yenisabah.az xəbər verir ki, "köhlən atlar" Bakıda Belçika "Gent"ini qəbul edəcək. 

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 21:45-da başlayacaq. Matçın baş hakimi İsveç Futbol Federasiyasından Məhəmməd Al-Hakim olacaq.  Toyuqlu pizza

"Qarabağ" tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində qüvvəsini sınayacaq. Belə ki, ağdamlılar ötən mövsüm turnirin bu raundunda Fransa "Marsel"inə uduzaraq avrokuboklarla vidalaşıb. 

UEFA Konfrans Liqası

Pley-off mərhələsi, ilk oyun

16 fevral

21:45. "Qarabağ" (Azərbaycan) - "Gent" (Belçika)

Hakimlər: Məhəmməd Al-Hakim, Fredrik Klayver, Maks Robin Uayld, Boyan Panciç (İsveç) 

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu 

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 23-də Gent şəhərində keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!