Bu gün “Qarabağ“, “Sumqayıt“ və “Keşlə“ cavab oyununa çıxır

saytların hazırlanması

Evə çatdırılma

Bu gün “Qarabağ“, “Sumqayıt“ və “Keşlə“ cavab oyununa çıxır

İdman

29 İyul 2021 10:27 887


Bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Yenisabah.az xəbər verir ki, təmsilçilərimizdən "Qarabağ" ilk oyunda evdə 0:0 hesablı heç-heçə etdiyi "Aşdod"la (İsrail) bu dəfə səfərdə üz-üzə gələcək.

"Keşlə" "Soçi" ilə doğma meydanda qarşılaşacaq. Komandalar arasında Rusiyada keçirilən görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. pizza hut

"Sumqayıt" isə ilk oyunda Belqradda qolsuz bərabərliyə razılaşdığı "Çukariçki" (Serbiya) ilə evdə oynayacaq.

UEFA Konfrans Liqası

29 iyul

UEFA Konfrans Liqası

21:00. "Aşdod" (İsrail) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Novak Simoviç (Serbiya)

Aşdod. "Aşdod" stadionu.

İlk oyun - 0:0

20:00. "Keşlə" (Azərbaycan) - "Soçi" (Rusiya)

Baş hakim: Viktor Şimusik (Belarus)

Bakı. "ASK Arena".

İlk oyun - 0:3

20:00. "Sumqayıt" (Azərbaycan) - "Çukariçki" (Serbiya)

Baş hakim: Yorgen Burxardt (Danimarka)

Sumqayıt. "Kapital Bank Arena"

İlk oyun - 0:0


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!