Bu gün qısa iş günüdür

saytların hazırlanması

Evə çatdırılma

Bu gün qısa iş günüdür

Sosial

07 Noyabr 2025 08:59 5209


Bu gün Azərbaycanda qısa iş günüdür.

“Yeni Sabah” xəbər verir ki, qanunvericiliyə əsasən, ölkədə bayramlardan əvvəlki iş günündə iş bir saat tez bitir.

Sabah Azərbaycanda Zəfər Günüdür. Ona görə də bu gün işdən bir saat tez çıxmaq qanunidir. Pepperoni pizza

Qeyd edək ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə görə, iş günü hesab edilməyən bayramqabağı günlərdə iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

Məcəlləyə görə, işçiyə iş günü hesab edilməyən bayram günləri görülən işə görə əməkhaqqı ödənilir. 

Bundan başqa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

Eyni zamanda, əməkhaqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!