Bu gün Rəsulzadənin anım günüdür

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Rəsulzadənin anım günüdür

Maraqlı

06 Mart 2023 09:36 572


Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən Məhəmməd Əmin Rəsulzadənin (1884-1955) vəfat etdiyi gündür. Belə ki, M.Ə.Rəsulzadə 68 il əvvəl 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib. Məzarı “Cebeci Asri” qəbiristanlığındadır. 

Yenisabah.az xatırladır ki, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

O, 1902-ci ildə, 17 yaşında ikən “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat olub.  Dördpendirli pizza

1918-ci il mayın 26-da Azərbaycan Milli Şurası yaranıb və Rəsulzadə Milli Şuranın sədri seçilib. 

1918-ci il mayın 28-də Milli Şura İstiqlal Bəyannaməsini qəbul edib və Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti təşkil olunub. 

Bununla da Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün Şərqdə ilk dəfə olaraq respublika qurub. 

Buna baxmayaraq, cümhuriyyətin ömrü sadəcə 23 ay çəkib. 1920-ci ilin 28 aprelində Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edilib. Bununla da Məhəmməd Əmin Rəsulzadənin mühacirət həyatı başlayıb. O, XX əsrin 20-ci illərinin əvvəlində Finlandiyaya, Polşaya və nəhayət Türkiyəyə mühacirət edib. M. Ə. Rəsulzadə Azərbaycan siyasi mühacirətinin lideri olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib. 

Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olub. 

Allah rəhmət etsin! 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!