Bu gün Saakaşvilinin növbəti məhkəməsi keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Saakaşvilinin növbəti məhkəməsi keçiriləcək

Rəsmi

09 Dekabr 2021 09:24 489


Bu gün Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçiriləcək.

Yenisabah.az xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsində baxılacaq iş siyasətçinin Gürcüstanın dövlət sərhədini qanunsuz keçməsi ilə bağlıdır.

İclas saat 12:00-da başlayacaq. pizza hut

M.Saakaşvili ötən gün yaydığı məktubda sağlamlıq durumu səbəbindən prosesdə iştirak etməyəcəyini bildirib.

Qeyd edək ki, sabiq dövlət başçısı bu il sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. Onun ölkəyə gizli yolla gəlməsi ilə bağlı 4 nəfər saxlanılıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!