Bu gün Teymur Rəcəbov 60 min dollar qazana bilər

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Teymur Rəcəbov 60 min dollar qazana bilər

İdman

03 Yanvar 2021 12:45 665


Bu gün “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin həlledici matçında qalib müəyyən olunacaq.

Yenisabah.az xəbər verir ki, final mərhələsinin ikinci matçında Azərbaycan şahmatçısı Teymur Rəcəbov erməni rəqibi Levon Aronyanla mübarizə aparacaq.

Azərbaycan şahmatçısı artıq birinci matçda rəqibini 2,5:1,5 hesabla məğlub edib. Birinci, ikinci və üçüncü partiyaları heç-heçə edən Teymur Rəcəbov dördüncü partiyada rəqibi üzərində inamlı qələbə qazanıb. Dominos pizza

Qeyd edək ki, “Airthings Masters” turnirinin seçmə mərhələsini 6 xalla beşinci yerdə başa vuran Teymur Rəcəbov dörddəbir finalda Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubova qalib gəlib.

Turnir bu gün başa çatacaq. Yarışın ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalib 60 000 ABŞ dolları qazanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!