Bu gün Ümumdünya meteorologiya günüdür

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Ümumdünya meteorologiya günüdür

Sosial

23 Mart 2019 16:37 827


Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) tərəfindən hər il msrtın 23-ü Ümumdünya meteorologiya günü kimi qeyd olunur. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, ÜMT-nin icraiyyə şurasının 70-ci sessiyasında razılaşdırıldığı kimi bu ilki meteorologiya günü “Günəş, Yer və hava” mövzusu adı altında keçirilir.

Günəşin verdiyi enerji Yerdə bütün həyatın mənbəyi rolunu oynayır. O, havanın, okean axınlarının və hidroloji dövranların hərəkətverici qüvvəsi sayılır. Toyuqlu pizza

Yerdən  təqribən 150 milyon kilometr  məsafədə yerləşən, canlı varlıqların əlverişli inkişafı üçün bizim planetimizdə isti şəraiti saxlayan bu ulduz günəş siteminin ürəyi hesab edilir.

Artıq 4,5 milyard ildən çoxdur ki, ərimiş plazmadan ibarət olan bu odlu kürə Yerdə havanın, iqlimin və həyatın hərəkətverici qüvvəsi rolunu oynayır. Son 30 ildə  həyata keçirilən peyk ölçmələrinin məlumatları ayrılan günəş enerjisinin həcminin artmadığını göstərir. Yəni son zamanlar yerdə müşahidə edilən istiləşmə Günəşin aktivliyinin dəyişilməsi ilə izah edilə bilməz.    

Okeanlarda suyun istiləşməsi və buzlaqların əriməsinə səbəb olan  temperaturun qalxması, atmosferdə uzunömürlü istixana qazlarının olması ilə əsaslandırılır. Karbon qazının konsentrasiyasının  artması və çoxömürlü istixana qazlarının təsiri nəticəsində iqlimin istiləşmə effektini yaradan  summar radiasiya təsirləri 1990-cı ildən 41 % artıb. Əgər istixana qazlarının konsentrasiyasının hazırkı tendensiyası saxlanılarsa, yüzilliyin sonunadək biz temperatur diapozonunun  3 dərəcə C-dən 5 dərəcə C- dək artacağı ilə üzləşə bilərik.  

Dünyada ən günəşli Yer Ölü dənizi ərazisi hesab edilir ki, burada il ərzində 330 günəşli gün qeydə alınır. Şımal Torpaq arxipelaqında isə günəş il ərzində orta hesabla cəmi 12 gün görünə bilər. Ölkəmizdə coğrafi mövgeyi və iqliminə görə günəş enerjisindən daha geniş istifadəsi üçün əlverişli şərait var.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!