Bu gün vəfat edən Əməkdar müəllim vəzifəli şəxsin atası imiş - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bu gün vəfat edən Əməkdar müəllim vəzifəli şəxsin atası imiş - FOTO

Sosial

14 Oktyabr 2025 22:48 22233


Bu gün vəfat edən Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayev vəzifəli şəxsin atası imiş. 

"Yeni Sabah"ın əldə etdiyi xəbərə görə, onun oğlu Zamin Rzayev Dövlət Vergi Xidmətinin Lənkəranda yerləşən 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisidir. 

Polkovnik Z.Rzayev əvvəllər Dövlət Vergi Xidmətinin aparatında Baş idarə rəisi vəzifəsində işləyib.  pizza hut

Qeyd edək ki, Vahid Məmməd oğlu Rzayev 1952-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şərur qəsəbəsində anadan olub. 2000-ci ildən etibarən Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və Psixologiya kafedrasında dosent vəzifəsində çalışıb.

Uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olan alim 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Onun 8 kitabı, 3 metodik vəsaiti və 100-dən artıq elmi məqaləsi nəşr olunub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!