Bu gün Yel çərşənbəsidir

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Yel çərşənbəsidir

Sosial

10 Mart 2026 00:21 487


Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.

"Yeni Sabah" xatırladır ki, Yel çərşənbəsi Novruzun dörd əsas çərşənbəsindən üçüncüsüdür. Xalq inanclarına görə, bu gün əsən küləklər torpağı hərəkətə gətirir, təbiətə yeni nəfəs verir.

Bu çərşənbədə tonqal qalamaq, onun üzərindən atlanmaq, evləri təmizləmək və bayrama hazırlıq görmək ənənədir. İnanclara görə, Yel çərşənbəsində əsən küləklər insanın ağrı-acısını alıb aparır. Başqa bir inanca görə isə Yel çərşənbəsində külək arzuları göylərə qaldırır. Buna görə də bu axşam niyyət tutanlar çox olur. pizza mizza

Yel çərşənbəsi bizə baharın yaxınlaşdığını, təbiətin yenidən canlandığını xatırladır. Bu küləkli gündə əsrlərdir davam edən ənənələri yaşatmaq Novruza daha bir addım atmaq deməkdir.

Qeyd edək ki, Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 17-nə təsadüf edəcək. Novruz bayramı martın 20-si qeyd ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!