Bu gün Yel çərşənbəsidir

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Yel çərşənbəsidir

Sosial

10 Mart 2020 00:07 432


Bu gün Azərbaycanda Yel çərşənbəsidir.

"Yeni Sabah" xəbər verir ki, xalq təqvimi ilə Yel çərşənbəsi Novruz bayramının yaxınlaşmasından xəbər verən 3-cü çərşənbədir.

İnanclara görə, Yel çərşənbəsinin gətirdiyi isti küləklər yazın gəlişini yaxınlaşdırır, təbiəti isindirir. pizza

Ona xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" də deyilir.

İnanclara görə, Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət eldib Yel babanı çağırmalısan. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqları tərpənsə, diləyin yerinə yetər. Əski inanclara görə, bu gün külək bütün dünyanı gəzərək oyanmış suyu və odu hərəkətə gətirir. Yel xalqımızın mifik təfəkküründə yol göstərən bələdçi rolunu da oynayır. Yel çərşənbəsi həm də ilaxır çərşənbəyə hazırlıq deməkdir. Qədim insanlar küləyin həm də Allah tərəfindən göndərildiyini iddia ediblər. Yəni o, insanları həm əzizləyə, həm də cəzalandıra bilər.

Yel çərşənbəsi günü də tonqallar qalanmalıdır.

Qeyd edək ki, Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!