Bu gündən Azərbaycanda “Mall”ların fəaliyyəti bərpa olunur

saytların hazırlanması

Evə çatdırılma

Bu gündən Azərbaycanda “Mall”ların fəaliyyəti bərpa olunur

İqtisadiyyat

10 İyun 2021 00:07 1110


Bu gündən Azərbaycanda “Mall”ların fəaliyyəti bərpa olunr.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilir ki, ötən müddət ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində effektiv tədbirlər həyata keçirilib və infeksiyanın yayılması nəzarət altına alınıb.

Beləliklə, 10 iyun 2021-ci il saat 00:00-dan ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunur.  Toyuqlu pizza

Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.

Qeyd edək ki, iri ticarət mərkəzləri və “Mall”lar 2020-ci il 21 iyun saat 00:00-dən fəaliyyətini dayandırıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!