Bu gündən növbədənkənar parlament seçkisi prosesinə start verilir

saytların hazırlanması

Evə çatdırılma

Bu gündən növbədənkənar parlament seçkisi prosesinə start verilir

Siyasət

07 Dekabr 2019 09:04 974


Mərkəzi Seçki Komissiyası (MSK) bu gündən növbədənkənar parlament seçkisi prosesinə start verəcək.

"Yeni Sabah"ın məlumatına görə, bu barədə MSK sədri Məzahir Pənahov Azərbaycan Televiziyasına məlumat verib.

O, bu gün keçirilən iclasın gündəliyini açıqlayıb: “İclasda komissiyaların fəaliyyətə başlaması rəsmiləşdiriləcək, təqvim planı təsdiqlənəcək. Bundan başqa, müraciətlərə baxılması üçün işçi qruplar yaradılacaq. Ondan sonra ehtiyac olarsa, hər gün iclas edəcəyik”. Dördpendirli pizza

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!