Bu günədək 100 mindən çox ukraynalı Azərbaycana gəlib - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Bu günədək 100 mindən çox ukraynalı Azərbaycana gəlib - Rəsmi

Sosial

20 Avqust 2025 10:40 245


2022-ci ilin mart ayından cari ilin iyul ayınadək ümumilikdə 2 milyon 176 min 436 nəfər Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Gələnlərdən 2 milyon 67 min 278 nəfəri Rusiya, 109 min 158 nəfəri Ukrayna vətəndaşıdır. Dominos pizza

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı 314 min 549 nəfər, Ukrayna vətəndaşlarının sayı isə 17 min 138 nəfər olub.

Bundan başqa, 2022-ci ilin mart ayından 2024-cü ilin iyul ayınadək isə ümumilikdə 1 milyon 535 min 889 nəfər Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib. 2024-cü ilin yanvar-iyul aylarında isə 438 min 66 nəfər Rusiya, 20 min 189 nəfər Ukrayna vətəndaşı da Azərbaycana giriş edib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!