Bu həftə Azərbaycanda 5 günlük tətil başlayır

saytların hazırlanması

Evə çatdırılma

Bu həftə Azərbaycanda 5 günlük tətil başlayır

Hadisə

28 Dekabr 2020 10:51 840


Bu həftə Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 5 günlük tətil başlayır.

Yenisabah.az xəbər verir ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1 və 2-si isə Yeni il bayramıdır.

Yanvarın 2-si şənbə gününə təsadüf etdiyindən yanvarın 4-ü də istirahət günüdür. Həmçinin yanvarın 3-ü isə bazar günüdür. pizza mizza

Beləliklə, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar olaraq Azərbaycanda 5 gün - 2020-ci ilin dekabrın 31-i, 2021-ci ilin yanvarın 1-i, 2-si, 3-ü və 4-ü qeyri-iş günləridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!