Bu helikopter qəzası niyə gizlədilib?   + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bu helikopter qəzası niyə gizlədilib? + VİDEO

Hadisə

13 Dekabr 2021 08:41 2361


Real TV-nin rəhbəri Mir Şahin “Mir Şahin vaxtı” proqramında 1993-cü ilin martında baş verən helikopter qəzası barədə məlumat yayıb. Müəllif bu qəzanın tam 28 il ictimaiyyətdən gizlədildiyini bildirib.

Bu barədə kadrlar da təqdim edilib. Həminkadrları çəkən hərbi reportyor İlham Ələkbərov isə hadisə barədə danışıb. İ.Ələkbərov bildirib ki, 23 mart 1993-cü ildə, Ağdərədə polis idarəsində olub. Həmin an şəhərə ağır silahlardan atəş açıldığını eşidib və kameranı götürərək, çəkiliş üçün idarədən çıxıb. Çəkiliş zamanı iki əsgərimizin yaralandığı kadrlarını da çəkib.

 O zərbələrdən iki saat sonra isə helikopterimizin vurulduğu bildirilib və İ.Ələkbərov özünü hadisə yerinə çatdıraraq, vurulan helikopterin hələ yanıb-tüstüləyən qalıqlarını da lentə ala bilib. İ.Ələkbərov qeyd edib ki, bundan 2-3 gün öncə daha bir helikopter vurulubmuş. pizza sifarişi

Həmin vaxt AzTV-nin rəhbəri olan Məmməd İsmayıl kadrların efirə verilməsinə razı olmayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!