“Bu il də “Formula 1” yarışını yola verdik, rahat nəfəs ala bilərik.
Dünən ailəmlə Xızıya getmişdik, maşın əlindən tərpənmək olmurdu, əksəriyyət də deyirdi ki, “Formula”dan qaçıblar. Son 2-3 gündə çoxlu dost-tanışım ölkənin müxtəlif rayonlarında olub, hər yer Bakıdan gələnlərlə dolub, yenə də əksəriyyət şəhərdən “Formula”ya görə qaçdığını deyib”.
Yenisabah.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib. pizza hut
Dünyanın əksər ölkələrinin vətəndaşları bəlkə də arzulayırlar ki, “Formula 1” yarışı onların ölkəsində, şəhərində keçirilsin, onlar da izləyə bilsin. Lakin bizdə bu iş uğurlu olmadı, insanların əksəriyyəti yarışların yaratdığı çətinliklərdən bezib, bağlı yollar, tıxaclar, xərəclənən büdcə pullar narazılıq yaradır. Ona görə də hökumətin israrlı “Formula” sevgisi” heç anlaşılan deyil. İstəmirik də belə yarış, zorla deyil ki?!
Yaxın günlərdə futbol üzrə Avropa Çempionatının bir neçə oyunu Bakıda olacaq. Bu isə həm maraqlıdır, həm PR-dır, həm də gəlirli, qazanclı yarışdır. Belə yarışlarla bağlı deyiləcək nəsə yoxdur, amma bu “Formula” bəlasından qurtulmaq lazımdır”,-deyə ekspert qeyd edib.
Telegram kanalımız