“Yardım edilən insanların üzünün göstərilməsinin tərəfdarı deyiləm. İmam Əlinin dediyi kimi “sağ əlin verdiyini sol əl bilməməlidir”. Bəzi məqamlar var ki, onları mən də doğru hesab etmirəm”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Modern.az saytına açılamasında tanınmış alim, professor, yazıçı-publisist Qəzənfər Paşayevdeyib.
Professor təəssüflə qeyd edib ki, yardım edən kəs adamları yanına çağırır və gətirdiyi qutunu verən yerdə şəkillərini çəkir. Belə hallar yardım edənin özünə qarşı əks təsir göstərir: “İnsanların üzünü açıq formada hər kəsə göstərmək o qədər də düzgün deyil. Elə edək ki, yardım etdiyimiz insanların üzünü tam göstərməyək. Bu, həmin insanları alçaltmaq kimi başa düşülür. Həmin insanlar bəzən çox dərdli, bikef görünürlər. Hesab edirəm ki, bu cür məsələlərdə diqqətli olmaq lazımdır”. Dördpendirli pizza
Telegram kanalımız