Pandemiya müddətində maddi çətinlik yaşayan müğənnilər Mənzurə Musayeva və Yaşar Cəlilov necə gəlir əldə etdiklərindən danışıblar.
Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Hüseynova Bacıları” proqramında qonaq olan ifaçılar gözəllik salonu işlətdiklərini bildiriblər:
“Salon var, amma iş yoxdur. Salonlar da bağlandı”. pizza mizza
Bu yaxınlarda boşanan Yaşar Cəlilov artıq aliment verməyə başladığını deyib:
“Artıq aliment verirəm. Kişinin dar gün üçün həmişə pulu olmalıdır. Pandemiya uzansa, gedib başqa yerdə işləyəcəm, min dənə iş var, kişiyə həmişə, hər yerdə iş var. Maşınım var, gedib sürücülük edəcəyəm. Əzəl gündən mənim avtosalonum, bir çox digər sahələrdə biznesim olub”.
Mənzurə Musayeva meyxanaçı Samirənin taksi sürməyə başlamasına da münasibət bildirib:
“Samirə o sözləri dedi, amma mən istəyərdim ki, o vaxtında öz ehtiyyatını görəydi. Bilirsiniz, müğənni, sürücü nəbilim... Biri var ki, müğənnilikdən çıxıb sürücü işləməyini istəməzdim, mən yaraşdırmıram. Allah ruzisini yetirsin. Mən onun özünə də demişdim ki, etsən də demə, açıqlama”.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız