“Bu hərəkətimə görə ərim məni təhqir etdi“ - Flora Kərimova   + Video

saytların hazırlanması

Evə çatdırılma

“Bu hərəkətimə görə ərim məni təhqir etdi“ - Flora Kərimova + Video

Mədəniyyət

14 Yanvar 2021 10:28 2226


Xalq artisti Flora Kərimova mərhum həyat yoldaşı Faiq Şəfiyev barəsində etiraflar edib.

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Onun Sirri” proqramının qonağı olan sənətçi həyat yoldaşının vaxtilə ona bağışladığı avtomobil barədə danışıb:

"Rəhmətlik həmişə mənə çox bahalı zinət əşyaları gətirirdi, mən də qəbul etmirdim. Bir dəfə mənə maşın hədiyyə etdi, açarı verdi. İki gün avtomobil həyətdə qaldı. Üçüncü gün bizə gələndə dedim ki, Faiq, ya açarı aparırsan, ya da açarı həyətə atacam. Açarı həyətə atdım, məni çox təhqir etdi”. pizza sifarişi

Xanım sənətçi daha sonra həyat yoldaşının həmin avtomobili Xalq artisti İlhamə Quliyevaya bağışladığını deyib:

“Sonra avtomobili elə bir adama bağışladı ki... Əl-ayağıma dolaşan adam idi. O da atalığı öləndə satdı, ona baş daşı qoydurdu. Ölənin dalınca danışmazlar".

Qeyd edək ki, Xalq artisti iki dəfə ailəli olub. İlk həyat yoldaşı məşhur cərrah İbrahim Topçubaşovdur. Onunla tanışlığı İ.Topçubaşovun Flora Kərimovaya mahnı verməsiylə başlayıb. F.Kərimova ilə ailə quranda onların 20 yaş fərqləri var imiş. İ.Topçubaşovun ölümündən bir neçə il sonra Flora xanım qızı Zümrüdün atası Faiq Şəfiyevlə ailə qurub. F.Şəfiyev biznesmen olub. Lakin bu evlilik də uzun davam etməyib. Zümrüdün altı yaşı olanda Faiq bəy avtomobil qəzasında dünyasını dəyişib. 

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!