“Bu hərəkətin səni iti gözdən salan kimi saldı, həm də Ağdamlıyam deyirsən...” - Röya haqda şok sözlər

saytların hazırlanması

Evə çatdırılma

“Bu hərəkətin səni iti gözdən salan kimi saldı, həm də Ağdamlıyam deyirsən...” - Röya haqda şok sözlər

Şou

05 Yanvar 2021 21:07 2836


Əməkdar incəsənət xadimi Məlahət Abbasova Xalq artisti Röya Ayxanı sərt şəkildə tənqid edib.

Yenisabah.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək R.Ayxanın "Yeni il" axşamı rəqs videosu paylaşmasının doğru olmadığını bildirib:

"Dekabrın 31-də elə bil şəhid analarına acıq verirdi. Hamı əlbəttə ki, evindədir. Gülür, danışır, öz aralarında "Yeni il"i təbrik edirlər. Amma durub evində rəqs edib paylaşmırlar. Bu, ayıbdır. Xalqın gözünün içinə soxmaq lazım deyildi. Belə həssas bir vaxtda bu hərəkətin səni iti gözdən salan kimi saldı. Həm də Ağdamlıyam deyirsən. Mahnıların yaxşı ola bilər, amma nə əxlaqın var, nə insanlığın var. Bir də anasan". Marqarita pizza

Qeyd edək ki, M.Abbasova R.Ayxanın "Bəyaz şou"dakı çıxışı ilə bağlı fikirlərini bölüşmüşdü. O, Röyanın verilişdə yalnız bir mahnı oxumasını qınamış, bunu hörmətsizlik adlandırmışdı. Bundan sonra iki məşhur arasında qalmaqal başlamışdı.  /Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!