Bu  həşərat kəndlilərin sonunu gətirə bilər! -   Canlı gətirənlərə pul mükafatı verilir + FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Bu həşərat kəndlilərin sonunu gətirə bilər! - Canlı gətirənlərə pul mükafatı verilir + FOTOLAR

Dünya

04 İyun 2025 10:43 379


Türkiyənin Ordu şəhərində qəhvəyi üfunətli böcəyə qarşı maraqlı və effektiv mübarizə üsulu tətbiq olunur. Altınordu rayonunun Eyüplü kəndində yaşayan hüquqşünas Mehmet Yıldırım bu zərərverici ilə mübarizə məqsədilə canlı şəkildə gətirilən hər bir qəhvəyi üfunətli böcəyi simvolik olaraq 1 TL qarşılığında satın alır.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, toplanan həşəratlar bioloji mübarizə üçün Giresundakı Fındıq Araşdırma İnstitutuna təhvil verilir.

Əkinçiliklə də məşğul olan Mehmet Yıldırım bildirib ki, bu il kəndlərində görünməyə başlayan qəhvəyi üfunətli böcək məhsullara ciddi ziyan vurur. O, vətəndaşları təşviq etmək məqsədilə canlı böcəkləri pulla almağa başlayıb. Toplanan bu zərərli həşəratlar samuray arılarının çoxaldılması üçün Fındıq Araşdırma İnstitutuna verilir. Samuray arıları qəhvəyi üfunətli böcəyin təbii düşməni sayılır və bioloji mübarizədə səmərəli şəkildə istifadə olunur. Toyuqlu pizza

Yıldırım əlavə edib ki, kampaniya yeni başlayıb və indiyə qədər 260 ədəd üfunətli böcək toplanıb. Tələb artdıqca bu təşəbbüsün digər bölgələrdə də həyata keçirilməsinin vacib olduğunu vurğulayıb. O qeyd edib ki, institut toplanan böcəkləri samuray arılarının istehsalında istifadə edir və bunun qarşılığında arı təmin edərək zərərvericinin təbii yolla nəzarət altına alınmasına çalışır.

Rəvan Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!