Bu heyvanların Azərbaycana idxalına məhdudiyyət qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Bu heyvanların Azərbaycana idxalına məhdudiyyət qoyuldu

Sosial

07 İyul 2025 15:44 304


Şimali Makedoniyanın Poloq regionunda blutanq xəstəliyi qeydə alınıb.

Bu barədə Yenisabah.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün Poloq regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib. Dördpendirli pizza

Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!