Bu iki şəxsin tərsliyi Azərbaycanda qiymətlərə necə təsir edir?   - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bu iki şəxsin tərsliyi Azərbaycanda qiymətlərə necə təsir edir? - Açıqlama

İqtisadiyyat

22 Fevral 2023 14:47 1812


“Bütün müharibələr yekunda danışıqlarla bitir. Hazırda Rusiya-Ukrayna müharibəsindəki hərbi ritorikanın yüksəldilməsi ona xidmət edir ki, kim harada dayanacaq və danışıqlarda hansı üstünlükləri əldə edəcək. Sadəcə hər iki tərəf danışıqlara hərbi üstünlüklə başlamaq istəyir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

O, 1 ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsində tərəflərin silahı yerə qoymamaq israrını şərh edib. Sezar pizza

Xatırladaq ki, Kiyevə səfəri zamanı Bayden "Azadlıq uğrunda sonadək vuruşmaq olar", - deyib.

Putin isə Federal Məclisə müraciətində bəyan edib ki, "Rusiyanı döyüş meydanında məğlub etmək qeyri-mümkündür".

"Müharibənin qlobal iqtisadiyyata ciddi təsirləri var. Təkcə Avropa İttifaqına ümumən 1 trilyon dollara yaxın ziyan dəyib. Çünki onlar Rusiyadan ucuz neft-qaz alırdı.

Avropa ölkələri 2021-ci ildə Rusiyadan 178 milyard m3 qaz almışdılar. Orta qiymət isə təqribən 320-340 dollar idi. Amma 2022-ci ildə Avropada qazın qiymətinin, hətta 3 min avroya qədər qalxdığı dövrlər oldu. Lakin keçən ilin ortalama qiyməti 1600-1700 avro civarındadır, amma bu da böyük rəqəmlərdir. Avropa İqtisadiyyatına kifayət qədər ciddi ziyan vurulub, bəzi istehsal sahələri bağlanıb”, - deyə N. Cəfərli qeyd edib.

O vurğulayıb ki, eyni şeyi Rusiya haqqında da demək olar:

“Doğrudur, Rusiya sanksiyalardan yan keçib, ucuz da olsa, Hindistana və Çinə neft sata bilər. Amma Rusiya iqtisadiyyatı çox ciddi ziyan görür. İlkin hesablamalara görə, keçən il Rusiyaya təqribən 120 milyard dollara yaxın ziyan dəyib. Bunun dünyadakı qiymət artımlarına və inflyasiyaya da təsirləri var.

Logistik xətlər dağılıb, çünki Şərq-Qərb dəhlizinin əsas elementi Rusiya idi. Qazaxıstandan və Rusiyadan keçməklə Belarusdan Aİ-yə gedən və 30 ilə yaxındır fəaliyyət göstərən nəqliyyat xətti var idi və bu xətlərin dağılması, eləcə də Rusiya ərazisindən keçən yüklərin sığortalanmaması və nəticə etibarilə, yükdaşıyanların bundan imtina etməsi logistik xətlərə də ciddi ziyan vurub.

Ümumən keçən il dünyada logistik xərclər 100 milyard dollara yaxın artıb. Bu da istər-istəməz qiymət artımına səbəb olur”.

İqtisadçı xatırladıb ki, 1980-ci illərdən bəri ilk dəfə çox yüksək inflyasiya rəqəmləri mövcuddur:

“ABŞ və Aİ-də belə ikirəqəmli inflyasiya oldu. Bu da həm insanların dolanışığına, həm də real gəlirlərinə ciddi təhlükə göstərdi, hətta ressesiya təhlükəsi yaratdı. Bu il ABŞ və Aİ  iqtisadiyyatın durğunluq dövrünə qədəm qoyması gözlənilir. Doğrudur, 1% civarında artım gözlənilir. Əslində, bu, artım sayılmır, əksinə, inflyasiyanın göstərdiyi tərsirlərə görə “artım” baş verir, amma iqtisadiyyat böyümür.

Rusiyada isə, öz hesablamalarına görə, ÜDM 2.2% azalıb. Amma beynəlxalq hesablamalar 5.5%-dən çox ÜDM-in kiçilməsini göstərir. Bu da həm Rusiya, həm də ətraf ölkələrə ciddi təsir göstərir”.

Müharibənin Azərbaycana təsirindən danışarkən, ekspert bəyan edib ki, neft-qazın qiymətinin artması əsas ixrac məhsullarının da qiymətini qaldırıb:

"Keçən il az qala rekord səviyyədə – 34 milyard dollara yaxın neft-qaz dövriyyəsi Azərbaycana daxil oldu. Bu, kifayət qədər böyük rəqəmdir, amma dünyanın bir parçası olduğu üçün Azərbaycanda da inflyasiyanı yüksəltdi. 2016-cı ildən sonra ən yüksək inflyasiya rəqəmləri qeydə alındı. Ərzaq inflyasiyası rəsmi olaraq 20%-ə yaxınlaşdı, ümumi inflyasiya isə 12,9%-ə. İnsanların real gəlirləri azaldı. Əsasən, ərzaq məhsulları və dərmanların qiymətinin artması insanların sosial vəziyyətinə ciddi mənfi təsir göstərdi”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!