Bu il 116 min 222 şagird məzun olur

saytların hazırlanması

Evə çatdırılma

Bu il 116 min 222 şagird məzun olur

Sosial

03 İyun 2025 14:50 347


2024-2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 157 min 802 nəfər, tam orta təhsil səviyyəsi üzrə isə 116 min 222 nəfər şagird məzun olacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Məzun olan şagirdlərin təhsil sənədləri ilə təmin olunması üçün bütün zəruri tədbirlər artıq görülüb. Toyuqlu pizza

Tam orta təhsil haqqında attestatların XI sinif məzunlarına iyunun 14-20-si, ümumi orta təhsil haqqında attestatların isə iyunun 23-28-i aralığında təqdim edilməsi planlaşdırılır:

"Məzunlar həmin tarixlərdə təhsil aldıqları məktəblərə yaxınlaşaraq attestatlarını təhvil ala bilərlər. Təhsil sənədləri dövlət hesabına verilir və bununla bağlı heç bir ödəniş tələb edilə bilməz".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!