Bu il 36 üçəm doğulub

saytların hazırlanması

Evə çatdırılma

Bu il 36 üçəm doğulub

Sosial

16 Avqust 2019 10:34 1165


Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 66687 doğulmuş körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən "Yeni Sabah"a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,6) qalıb. 

Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1478-i əkiz, 36-sı isə üçəm doğulanlardır. Pepperoni pizza

Bu ilin yanvar-iyun aylarında ölkədə 28745 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,0-dan 5,9-a düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!