Bu il 540 əlilliyi olan şəxs proqrama cəlb edilib

saytların hazırlanması

Evə çatdırılma

Bu il 540 əlilliyi olan şəxs proqrama cəlb edilib

Sosial

20 Mart 2020 12:45 784


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına cəlb olunan həssas əhali qrupları arasında əlilliyi olan şəxslərə də üstünlük verilir. 

Nazirlikdən “Yeni Sabah”a daxil olan xəbərdə bildirilir ki, 2020-ci ilin ötən dövründə proqrama cəlb edilən  2 600-ə qədər vətəndaşdan 540 nəfəri əlilliyi olan şəxslərdir. Onlar da digər proqram iştirakçıları kimi ilk növbədə təlimlərə cəlb edilir və təlimlər zamanı kiçik biznesin qurulması və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələnirlər.

Bununla bərabər, BMT İnkişaf Proqramı ilə birgə layihə əsasında 500 əlilliyi olan şəxsin özünüməşğulluq proqramı üzrə kiçik biznesə çıxışına şərait yaradılması işləri də aparılır. Toyuqlu pizza

Qeyd edək ki, 2019-cu ildə 2400-ə yaxın əlilliyi olan şəxs bu proqrama cəlb olunaraq, mal və materiallar formasında verilmiş aktivlər hesabına kiçik ailə təsərrüflarını qurublar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!