2023-cü ilin yanvar-mart aylarında “Azərenerji” ASC 2 milyard 406 milyon kVt/saat elektrik enerjisi ixrac edib.
Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu həcmdə enerjinin dəyəri 281,07 milyon ABŞ dolları təşkil edib. Pepperoni pizza
Bunlar 2022-ci illə müqayisədə ixrac həcmi üzrə 4,1 dəfə və dəyər üzrə 8,5 dəfə çoxdur.
Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 3,63%, qeyri-neft sektoru üzrə ixracında isə 30,81% paya malik olub.
Telegram kanalımız