Bu il bələdiyyə seçkiləri olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu il bələdiyyə seçkiləri olmayacaq

Siyasət

01 Noyabr 2024 12:36 753


Azərbaycanda 2024-cü ildə bələdiyyə seçkiləri keçirilməyəcək.

Yenisabah.az report-a istinadla xəbər verir ki, Mərkəzi Seçki Komissiyasından iclası təyin edilməyib.

Seçki Məcəlləsinin 213-cü maddəsinə uyğun, digər seçkilərdən fərqli olaraq, bələdiyyə seçkilərini MSK təyin edir: Dördpendirli pizza

“Maddə 213. Bələdiyyə seçkilərinin təyin edilməsi

213.1. Bələdiyyə seçkilərini bu Məcəllənin 211.1-ci və 211.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir”.

Bundan əvvəlki bələdiyyə seçkiləri hər 5 ildən bir dekabrın 23-də keçirilib. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib.

Seçki Məcəlləsinin 8-ci maddəsinə uyğun olaraq Azərbaycanda seçkilər səsvermə gününə ən azı 60 gün qalmış rəsmi dərc edilir:

“Maddə 8. Seçkilərin (referendumun) təyin edilməsi müddəti

8.1. Seçkilərin (referendumun) təyin edilməsi haqqında qərar (sərəncam) səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilir”.

Bununla da belə qənaətə gəlmək olar ki, 2024-cü ilin sonuna qalan təqvim günlərini hesabladıqda bundan sonra elan ediləcək bələdiyyə seçkisi 2025-ci ilə təsadüf edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!