Bu il doğulanların 53,2 faizi oğlandır: əkizlər, üçəmlər, dördəmlər…

saytların hazırlanması

Evə çatdırılma

Bu il doğulanların 53,2 faizi oğlandır: əkizlər, üçəmlər, dördəmlər…

Sosial

18 Dekabr 2019 09:08 1273


İlin əvvəlindən ölkə üzrə əhalinin sayı 71688 nəfər və ya 0,7 faiz artaraq 2019-cu il noyabr ayının 1-i vəziyyətinə 10053145 nəfərə çatıb.

Dövlət Statsitika Komitəsindən (DSK) "Yeni Sabah"a verilən məlumata görə, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı 116 nəfər olub.

Cari ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 117752 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,2) qalıb. Sezar pizza

Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2774-ü əkiz, 78-i üçəm, 4-ü isə dördəm doğulanlardır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!