Bu il dünyada qətlə yetirilən jurnalistlərin sayı açıqlanıb

saytların hazırlanması

Evə çatdırılma

Bu il dünyada qətlə yetirilən jurnalistlərin sayı açıqlanıb

Hadisə

10 Dekabr 2020 12:13 821


2020-ci ildə dünyada 42 jurnalist öz peşə borcunu yerinə yetirərkən qətlə yetirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Beynəlxalq Jurnalistlər Federasiyasının illik hesabatında bildirilib.

Qeyd olunub ki, bu il dünyada daha 235 jurnalist isə peşə fəaliyyətinə görə həbs edilib. Dominos pizza

Jurnalistlərin ən çox öldürüldüyü ölkələrin siyahısına son 5 ildə dördüncü  dəfə Meksika liderlik edir. Belə ki, bu il Meksikada 13 jurnalist öz peşə fəaliyyətinə görə qətlə yetirilib. Jurnalistlərin ən çox öldürüldüyü digər ölkələr isə Pakistan, Əfqanıstan, Hindistan, İraq və Nigeriyadır.

Federasiyanın hesabatına görə, son 30 ildə dünyada 2 658 jurnalist fəaliyyətinə görə öldürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!