Bu il məktəblər sentyabrın 1-də açılacaq? - “Hamı o fikirdədir ki...”

saytların hazırlanması

Evə çatdırılma

Bu il məktəblər sentyabrın 1-də açılacaq? - “Hamı o fikirdədir ki...”

Sosial

20 May 2023 13:34 6347


“Bu gün sosial şəbəkələrdə də, saytlarda da Elm və təhsil naziri Emin Əmrullayevin dərslərin sentyabrın 1-də açılması barəsində səsləndirdiyi fikirlər yayılıb. Lakin Emin Əmrullayev konkret olaraq o fikrin üstündə durmur ki, məhz ayın 1-də olsun. O, deyib ki, belə məqbul sayılar”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil üzrə ekspert Məzahir Məmmədli deyib.

O, Elm və təhsil naziri Emin Əmrullayevin dərslərin sentyabrın 1-də başlanması ilə bağlı səsləndirdiyi təklifə münasibət bildirib.  pizza mizza

Xatırladaq ki, məlum təklif sosial şəbəkə istifadəçilərini iki cəbhəyə bölüb. Bəziləri bu təklifi qəbul etsə də, digər bir kəsim nazirin fikirlərini doğru saymayıb. 

Öz növbəsində, M.Məmmədli əlavə edib ki, təklifdən görünən odur ki, bunun hələ müzakirəyə ehtiyacı var: 

“Amma ümumilikdə götürsək, dərslərin sentyabrın 1-də başlanması fikrini dəstəkləyənlər daha çoxdur, nəinki sentyabrın 15-də. Çünki sentyabrın 1-də başlayan tədris artıq mayın sonunda başa çatır. Amma biz baxırıq ki, tədris iyunun 15-nə qədər davam edir. Belə olan halda burada həm istilər, həm də nəzərdə tutulan 32-34 həftəlik dərs yükü kifayət etmir. Yəni son 15 günün tədrisi demək olar ki, keçirilmir.

Bu məsələ barəsində səslənən müzakirələrdən də görünür ki, hamı dərslərin sentyabrın 1-də başlanmasını dəstəkləyir”. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!