Bu il məktəblər sentyabrın 20-i başlayacaq?   - DƏYİŞİKLİK GÖZLƏNİLİR

saytların hazırlanması

Evə çatdırılma

Bu il məktəblər sentyabrın 20-i başlayacaq? - DƏYİŞİKLİK GÖZLƏNİLİR

Sosial

25 Avqust 2025 20:08 38706


Bu il ölkəmizdə keçiriləcək Formula-1 Qrand Prisinin başlama tarixi yeni tədris ilinin “start” götürəcəyi tarixə təsadüf edir. Belə ki, məktəb və ali təhsil müəssisələrinin fəaliyyətə başlaması ilə yollarda yaranan sıxlıq Formula-1-in “start” götürməsi ilə daha da çıxılmaz hal ala bilər.

Paytaxtda bununla bağlı hansı çətinliklər olacaq? Bu məsələnin həlli istiqamətində hansı addımlar atıla bilər?

Milli Məclisin deputatı Fazil Mustafa Referans-a açıqlamasında bu sualları cavablandırıb.

“Bu məsələnin necə tənzimlənəcəyi ilə bağlı məlumat yoxdur. Lakin bu dövrdə çox böyük çətinlik olacaq. Çünki Formula-1 yarışının başlama tarixinin, eyni zamanda məktəb və ali təhsil müəssisələrində dərslərin “start” götürəcəyi günlərin üst-üstə düşməsi hər halda böyük bir sıxlıq və çətinlik yaradacaq. Mənim fikrimcə, bu böyük bir problem olarsa, dərslərin sentyabrın 20-də başlanması barəsində sərəncam da verilə bilər. Bu daha məntiqli olar. Çünki bu qədər qarmaqarışıq bir vəziyyətin yaranması həqiqətən də arzuolunan deyil”. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Bakidan
    Cox qulmeli meqaledir....problem nededirki...ne zeman lazumdir o zamanda acilacaq Vaxtimizi almayin .
    9 months ago
  • Əlisəfa
    Yox,nə danışırsız?Ayıb olar.Əsas.formuladı,məktəbləri ümumiyyətlə ləğv eləmək lazımdır
    9 months ago
  • İbrahim Mustafayev
    Məktəb daha vacibdir.
    9 months ago
  • Ramin
    Bəlkə Formula-1 yarışlarının vaxtını ertələnsin. Bu yarışların keçirilməsi üçün Dövlət büdcəsindən nə qədər vəsait sərf olunur və sərf olunan vəsait bu tədbir zamanı qazanılırmı? Xahiş edirəm bu barədə ictimayəti məlumatlandırasınız
    9 months ago