Bu il minaya düşən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Bu il minaya düşən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Rəsmi

02 İyul 2021 14:55 838


2021-ci ilin ötən dövründə minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.

Minalar Əleyhinə Azərbaycan Kampaniyasından Yenisabah.az-a bildirilib ki, ümumilikdə bu il ərzində Azərbaycanın 68 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Bunlardan da 21 nəfəri həlak olub.

Bundan başqa, 5 nəfərlə bağlı daxil olan məlumat dəqiqləşdirilir. Pepperoni pizza

Qeyd edək ki, 30 iyun 2021-ci il tarixdə Azərbaycanın Xocavənd rayonunda Rusiya sülhməramlıların nəzarət etdiyi ərazidə Ermənistan ordusunun 3 hərbçisi özlərinin basdırdıqları minanın partlayışına məruz qalıb, nəticədə 1 nəfər ölüb və 2 nəfər yaralanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!