Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı geniş müşavirə keçirilib.
Rayon icra hakimiyyəti başçılarının, müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə payız-qış mövsümündə xüsusi halların baş verdiyi zaman hər bir təşkilatın konkret fəaliyyətini müəyyən edən xüsusi proqram təsdiq edilib. Hər il payız-qış mövsümü başlayan ərəffədə mənzillərin qızdırılması ilə bağlı problemlər ortaya çıxır. Azəriqazın borc üzündən “Azəristiliktəchizat”a qaz verməməsi, istilik sistemlərində olan texniki problemlər sakinlərin günlərlə əziyyət çəkməsinə səbəb olur. Bəs bu il vəziyyət necədir?
Mövzu ilə bağlı "Azəristiliktəchizat" Açıq Səhimdar Cəmiyyətinin mətbuat katibi Rafiq Əliyev “Yeni Sabah”a bildirib ki,”Azəristilik” təchizat cəmiyyətinin öz tədbir planı var. pizza
“Bakı Şəhər İcra Hakimiyyəti payız-qış mövsümü ilə bağlı özünə tabe strukturları ilə bağlı müşavirə keçirib. Yəni bu iclasda müzakirə olunan məsələlər “Azəristilik” təchizat cəmiyyətinə aid deyil. “Azəristilik” təchizat cəmiyyətinin öz tədbirlər planı var.
Biz payız-qış mövsümü ilə əlaqədar tədbirləri davam etdiririk. Hal-hazırda bütün respublika üzrə iş gedir.”
“Azəriqaz”la bağlı borc məsələsinə gəldikdə R.Əliyev bildirib ki, bu il heç bir problem olmayacaq: “O məsələlər keçən il öz həllini tapdı. Hökumət özü tənzimləyir bu məsələləri”.
Telegram kanalımız