Bu il yanacaq qiymətləri bahalaşa bilər – Ekspertdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bu il yanacaq qiymətləri bahalaşa bilər – Ekspertdən açıqlama

İqtisadiyyat

18 Yanvar 2024 15:46 6482


SOCAR şirkəti 2024-cü ilin birinci rübündə Heydər Əliyev adına Neft Emalı Zavodunda (BNEZ)“Avro-5” ekoloji standartlara uyğun avtomobil benzinin istehsalına başlamağı planlaşdırır. 

Daha əvvəl şirkət 2023-cü il ərzində “Avro-5” standartlarına uyğun benzinin istehsalına başlamağı planlaşdırırdı. 

Yanacaq məsələləri üzrə ekspert İlham Şaban Yenisabah.az-a açıqlamasında bildirib ki, əgər yanacaq növləri “Avro-5” standartlarına uyğunlaşdırılarsa, qiymətlərdə bahalaşmanın olması qaçılmazdır. Dominos pizza

“Düşünürəm ki, dizel yanacağının qiymətinin ucuzlaşması real deyil. Hazırda Azərbaycanda istehsal olunan dizel “Avro-2” standartındadır və bu buraxılacaqsa, “Avro-5” olacaq. 

Belə olduqda isə dizel yanacağı bahalaşacaq. Azərbaycanda heç vaxt daxili bazarda avrodizel satılmayıb. Qonşu Gürcüstanda isə artıq 5-6 ildir ki, avrodizel satılır. Avrodizelin qiyməti adətən “Aİ-95” markalı benzinin qiyməti ətrafında müəyyənləşir. Əgər “Avro-5” standartlarında dizel istehsal edilərsə, onun qiyməti heç olmasa 1 manat olacaq. 

O cümlədən ölkədəki “Aİ-92” markalı benzin reallıqda “Aİ-93” olmalıdır və onun da qiymətində artım olacaq. Çünki “Aİ-93” “Avro-5” standartlarındadır”.

Ekspert həmçinin “Aİ-95” markalı benzinin qiymətində ucuzlaşmanın vacib olduğunu deyib.

“Aİ-95” markalı benzinin qiyməti isə düşməlidir. Bu benzinin qiymətinin 2 manat olması olduqca gülüncdür. Digər tərəfdən Azərbaycanda “Aİ-98”-in istehsalı planlaşdırılmır və xaricdən idxal olunmaqda davam edəcək. Bu yanacaq növünün istifadə olunduğu xüsusi avtomobillər var və illik 5 min ton idxal olunur”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Valeh
    Ele edinki xalq evde qırılsın benzini qazı işıgı suyu nefes almagı bele pulla edin qoymayın xalq yaşasın benzini 5azn edin varlı respubilkanın kasıb xalqıyık
    2 years ago