Bu ilin ilk Günəş tutulması başladı

saytların hazırlanması

Evə çatdırılma

Bu ilin ilk Günəş tutulması başladı

Dünya

21 İyun 2020 08:21 965


Bu ilin ilk Günəş tutulması hadisəsi başlayıb.

"Report" xəbər verir ki, tutulma Bakı vaxtı ilə saat 07:46 radələrində başlayıb və saat 13:34-də sona çatacaq.

Tutulmanın maksimum həddi saat 10:41-də olacaq. Bu təbiət hadisəsi təxminən 5 saat 48 dəqiqə davam edəcək. Marqarita pizza

Günəş tutulması Afrika, Cənub-Şərqi Avropa və Asiyada müşahidə ediləcək. Prosesin halqavarı fazasını isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla, Afrikanın bir hissəsi, Pakistanın cənubu, Hindistanın şimalı və Çindən müşahidə etmək mümkün olacaq. Bu ölkələrin sakinləri tutulmanın maksimum fazasında tutulma ətrafında xarakterik yanar halqa görəcəklər.

Qeyd edək ki, Azərbaycan ərazisində Günəş tutulması qismən müşahidə olunacaq. Tutulma ölkə ərazisi üçün saat 08:47-də başlayıb, saat 11:05-dək davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!