Bu imtahanlar ləğv olundu - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Bu imtahanlar ləğv olundu - RƏSMİ

Sosial

29 Aprel 2020 11:31 2176


Tibb işçilərinin mayda nəzərdə tutulan sertifikasiya imtahanları ləğv olunub.

Yenisabah.az bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin sertifikasiya imtahanlarında iştirak edəcək namizədlərə müraciətində deyilir.

Müraciətdə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin mayın 4-nə qədər uzadıldığı əsas gətirilərək həmin ayda keçirilməsi nəzərdə tutulan sertifikasiya imtahanlarının ləğv olunduğu qeyd olunub. Dominos pizza

Yeni imtahan cədvəli hazırlandıqdan sonra, imtahana namizəd şəxslərə imtahan tarixləri barədə məlumat veriləcək.

Əlavə məlumat almaq üçün (012) 433-08-93 nömrəli şəhər və (099) 8915000 nömrəli mobil telefonları ilə əlaqə saxlaya bilərsiniz.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!