Bu insanlar küçədə nə gəzir axı? – Burnumuzun ucundakı ölüm

saytların hazırlanması

Evə çatdırılma

Bu insanlar küçədə nə gəzir axı? – Burnumuzun ucundakı ölüm

Sosial

27 Mart 2020 14:58 1400


Dünya koronavirus pandemiyasına qarşı səfərbər olub. 

Yenisabah.az xəbər verir ki, infeksiyaya yoluxma halı artdıqca dünya ölkələrdində tədbirlər daha da sərtləşdirilir. 

Bu sırada Azərbaycanın da adı xüsusi çəkilməlidir. Koronavirus pandemiya elan olunduqdan sonra Azərbaycan infeksiyaya qarşı mübarizə tədbirləri görməyə başlayıb. Eyni zamanda əhali arasında maarifləndirmə işləri aparılıb. İnfeksiyanın yayılma miqyası artdıqca hökumət də tədbiləri də sərtləşdirib. Nəhayət, martın 24-dən Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə xüsusi karantin rejimi elan edib. 65 yaş və daha yaşlı insanların küçəyə çıxması qadağan olunub. İnsanlara zərurət olmadığı halda küçəyə çıxmamaq, maska taxmaq, əlləri tez-tez yumaq, spirtlə dezinfeksiya etmək, 10 nəfərdən artıq toplanmamaq, təmaslarda 2 metr məsafə saxlamaq tövsiyə edilib. pizza hut

Lakin müşahidələr göstərir ki, vətəndaşlar hələ də təhlükənin nə qədər ciddi olduğunun fərqinə varmırlar. Qadağaya baxmayaraq hələ də küçədə 65 və daha artıq yaşı olan vətəndaşlar gözə dəyir. Bununla bağlı sosial şəbəkələrdə yayılan videolardan görünür ki, onlar baş verənlərə laqeyd yanaşır, təhlükənin daha geniş miqyas ala biləcəyi ehtimalını bölüşmürlər. Bu baxımdan artıq bir neçə gündür ki, polis səsgücləndirici cihazlar vasitəsilə əhali xəbərdarlıq edir, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət etməyə çağırış edir. Hətta bu halda belə qərar və tövsiyələrə əməl etməyənlər var.

Sosial şəbəkələrdə artıq baş verənlərə laqeyd yanaşanlarla bağlı narahatlıq ifadə edənlər var. Onların fikrincə, vəziyyət bu cür davam edəcəyi təqdirdə fövqəladə rejim elan olunması zərurətə çevriləcək. Bəziləri isə artıq fövqəladə rejim tətbiq edilməsi ilə bağlı hökumətə çağırış edir. 

Koronavirus pandemiyasına qarşı mübarizədə informasiya təhlükəsizliyinə də xüsusi önəm verilməlidir. Lakin bu məsələdə də məsuliyyətsizlik edənlər var. Bununla bağlı artıq bir neçə nəfər inzibati qaydada cəzalandırılıb.

Koronavirus pandemiyasına qeyri-ciddi yanaşmağa xidmət edən şayiə və fake xəbərlər də yayılır. İnfeksiyanın bioloji silah olduğu, hansısa supergüclər tərəfindən icad edildiyi, baş verənlərin siyasi oyun olduğu və s. kimi konspiroloji yanaşmalar və dezinformasiyalar da mübarizəyə zərbə vurur. Hökumət bunun da qarşısını almağa çalışır. Bu sırada ən effektiv üsul vətəndaşlar arasında ciddi maarrifləndirmə işinin aparılmasıdır. 

Vətəndaşlar başa düşməlidir ki, bütün tədbirlər onların sağlamlığını qorumaq üçündür. Məsuliyyətsizlik bütövlükdə xalqımız üçün böyük təhlükə yarada bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!