“Bu, İrana qarşı nüvə terrorudur” – Atom obyektində qəza

saytların hazırlanması

Evə çatdırılma

“Bu, İrana qarşı nüvə terrorudur” – Atom obyektində qəza

Dünya

12 Aprel 2021 07:16 698


“Bu İrana qarşı nüvə terrorudur”. Yenisabah.az “IRIB”-ə istinadla xəbər verir ki, bunu İslam Respublikası Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.

“Nətənz nüvə zənginləşdirmə obyektində baş verən hadisə İrana qarşı nüvə terrorudur. Buna baxmayaraq, İran nüvə texnologiyasını ciddi şəkildə inkişaf etdirməyə və təzyiq sanksiyalarını ləğv etməyə davam edəcək”, – deyə Salehi vurğulayıb.

O əlavə edib: "İslam Respublikası bu mənfur hərəkəti qınayararaq beynəlxalq birlik və Beynəlxalq Atom Enerjisi Agentliyinə nüvə terrorizmi ilə mübarizə etməsinin vacibliyini vurğulayır, həmçinin, cinayətkarlara və onların havadarlarına qarşı əks-tədbir hüququnu özündə saxlayır". Dominos pizza

Qeyd edək ki, dünən Nətənz şəhərindəki uran zənginləşdirmə kompleksinin elektrik paylama şəbəkəsinin bir hissəsində qəza baş verib. Hadisə nəticəsində xəsarət alan və ya radioaktiv çirklənmə qeydə alınmayıb. İsrail mediası bu əməliyyatı “Mossad” hakerlərinin keçirdiyini iddia edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!