Bu kəndlərdə heç vaxt ermənilər yaşamayıb   - Hikmət Hacıyev

saytların hazırlanması

Evə çatdırılma

Bu kəndlərdə heç vaxt ermənilər yaşamayıb - Hikmət Hacıyev

Maraqlı

27 Avqust 2022 13:14 1085


Azərbaycanın mədəniyyət paytaxtı Şuşa Cənubi Qafqazın ən mühüm şəhərlərindən birinə çevrilib. Hazırda Azərbaycan hökuməti tərəfindən bərpa və yenidənqurma layihələri sürətlə həyata keçirilir.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən konfransda deyib.

Prezidentin köməkçisi 30 illik işğal dövründə kəndlərin və şəhərlərin xarabalığa çevrildiyini, binaların dağıdıldığını qeyd edib. O, deyib ki, 30 il sonra bölgəyə yenidən həyat qayıdıb. Dominos pizza

“Ermənilər tərəfindən basdırılmış minalar regionda bərpa işlərinin davam etdirilməsinə maneə yaradır. Azərbaycan dünyanın minalarla ən çox çirkləndirilmiş ölkərindən biridir”, - deyə H.Hacııyev vurğulayıb.

Dünən Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçdiyini bildirən Hikmət Hacıyev bu kəndlərdə heç zaman ermənilər yaşamayıb:

“Azərbaycan daimi sülhün olduğu, firavan region yaratmaq, Ermənistanın da regional əməkdaşlığın bir hissəsi olmasını istəyir. İki ölkə arasında danışıqlar, əsasən, sərhədlərin delimitasiyası, humanitar, nəqliyyat-kommunikasiya və sülh sazişinin hazırlanması istiqamətlərində gedir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!