Cəlilabad rayonuna 3 gündür ki, fasiləsiz olaraq yağan qar dağ və dağətəyi kəndlərdə yolların bağlanmasına səbəb olub.
Digər yollarda isə avtomobillərin hərəkətində ciddi çətinliklər yaşanıb. Güclü küləklə müşaiyət olunan qar Əsədli kəndinə gedən ərazidəki elektrik dirəyini də aşırıb. Nəticədə bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Kimisi bayram keçirmək üçün evlərinə getmək istəyir , kimisi də əsgər yanına. Dördpendirli pizza
Bura Cəlilabad-Yardımlı avtomobil yoludur. Son günlər yağan güclü qar səbəbindən sözügedən yol bağlanıb.Cəlilabadın bəzi yaşayış məntəqələrində qalın hündürlüyü yarım metrdən çox olub..
Yerli sakinlərin sözlərinə görə, yağan qar səbəbindən rayonun Edişə, Kövüzbulaq, Edişə Ləkin, Əsədli, Suluçeşmə ,Buravar kəndlərində yol bağlanıb, digər kəndlərdə də avtomobillərin hərəkətində çətinliklər yaradıb. Nəticədə sözügedən kəndlərin rayonla mərkəzi ilə əlaqəsi kəsilib.
Cəlilabad Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, üç gündür fasiləsiz yağan qar nəticəsində Cəlilabad-Yardımlı avtomobil yolundan istifadə edən 18 yaşayış məntəqəsiilə əlaqə kəsilmişdi.Yolu qardan təmizlə-mək məqsədi ilə əraziyə 46 saylı Yol istismar İdarəsinin texnikaları cəlb edilib.
Qeyd edək ki,güclü gülək Əsədli kəndinə gedən ərazidə elektrik dirəyini aşıdığı üçün yaşayış məntəqələri işıqsız qalıb...Hazırda avtomobil nəqliyyat vasitələrinin hərəkəti və elektir enerjisinin verilişi bərpa olunub.
Rayonun ucqar dağ kəndlərində küləklə müşaiyət olunan güclü qar yağışı davam edir.
Telegram kanalımız