“Bu kimi çirkin siyasətdən istifadə etmək yolverilməzdir” -   Bakıdan etiraz

saytların hazırlanması

Evə çatdırılma

“Bu kimi çirkin siyasətdən istifadə etmək yolverilməzdir” - Bakıdan etiraz

Siyasət

23 May 2019 09:16 1332


UEFA Avro Liqasının final mərhələsinin Bakıda keçirilməsi ilə bağlı xarici qüvvələrin narazılığı davam edir. Bu dəfə Böyük Britaniyanın Amnesty İnternational(Aİ) təşkilatı  Azərbaycanda Avropa Liqasının finalının keçirilməsini pisləyib və bunu ölkədə insan haqlarının vəziyyəti ilə əlaqələndirib. 

Məsələylə bağlı “Yeni Sabah” a danışan Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib ki, Azərbaycanda Avro Liqanın final mərhələsinin keçirilməsi ərəfəsində  beynəlxalq  müəyyən qruplar  anti-Azərbaycan siyasəti yürütməyə  başlayıblar:

“Baxmayaraq ki, futbol dostluq oyunudur, insanları birləşdirir, amma Amnesty İntenational  kimi təşkilatlar burada da əllərinə düşən fürsəti  istifadə edirlər. Bildiyiniz kimi, Avropa bu gün  siyasi cəhətdən genişlənməkdədir. Siyasi coğrafiyası genişləndikcə,  müxtəlif idman yarışları, “Eurovision”, UEFA Çempionlar Liqası ayrı-ayrı ölkələrdə keçirilməkdədir. UEFA Çempionlar Liqasının Türkiyə və Ukraynada  keçirilməsi də buna əyani misaldır.  Sezar pizza

Bu dəfə növbə Bakının idi. Təbii ki, UEFA-nın bu seçimi futbolun coğrafiyasının genişlənməsi idi və UEFA doğru olaraq  Bakını seçdi.

Biz Azərbaycana qarşı süni ajiotajı görmüş olduq. Əgər Amnesty İnternational-ı  həqiqətən insan hüquqları məsələsi narahat  edirsə, insanların hüququnu qorumaq istəyirsə, o zaman müəyyən dövlətlərə ikili yanaşmamalı, ikili standartlardan istifadə etməməlidir. Biz bu ölkələrin hansılar olduğunu bilirik. Ayrı-ayrı regionlarda, hətta komendat saatının olması, müxtəlif ölkələrdə etnik qruplara  qarşı zor tətbiq etmək kimi hallar var. Lakin həmin ölkələr bir kənarda qalıb təşkilat Azərbaycanla məşğuldur. 

Əgər Azərbaycan onu narahat edirsə, o zaman bir milyona yaxın qaçqın və məcburi köçkünün  vəziyyəti , bugünədək çadrlarda böyüyən körpələr, Qarabağlı azərbaycanlıların taleyi onu narahat etsin. Xocalı və digər bölgələrdə ermənilərin kişilərin olmadığı kəndlərə, rayonlara hücum etməsi nəticəsində  qadın və uşaqların qətlə yetirilmələri, soyqırım törətmələri  onları narahat etsin. Niyə məhz bu təşkilat ermənilərin cinayətinə göz yumur, bu gün Ermənistanda baş verən  hüquqi sahədəki  zorakılığa, siyasi hakimiyyətin məhkəmələrə göstərdikləri təzyiqlərə göz yumur?”.

Z.Məmmədov  Amnesty İnternational-ın öz saytında  onların əsas məramının dövlət və  siyasi hakimiyyətlərdən asılı olmadığını yazdığını qeyd edib:

“Ona görə onlar dövlətlərdən heç bir yardım almırlar. Bəli onlar guya könüllü ianələr alırlar, bu ianələri verənlər isə  müxtəlif dövlət kəşfiyyat orqanlarıdır. Bunların da əsas məqsədlərinin nə olduğunu  hamı çox  yaxşı bilir. Yəni küləyin  hansı tərəfdən gəldiyi bizə çox yaxşı məlumdur.  Lakin Azərbaycan öz haqqı olan UEFA finalını Bakıda çox  yüksək səviyyədə keçirəcək. Bakı hər zaman tolerantlığın, multikulturalizmin paytaxtı, vətəni olub”.

Politoloq erməni idmançının Bakıya gəlib-gəlməməsi ilə bağlı məsələyə də münasibət bildirib:

“Bundan qabaq da erməni idmançıları Azərbaycanda iştirak edirdilər. Bu dəfə də  iştirak edəcəklər. Mxitaryanın Bakıya gəlməməsinə gəldikdə isə bundan bir ajiotaj yaratmağa ehtiyac yoxdur. Əgər  “Arsenal” komandası  öz futbolçusunu göndərmək , onun qiymətini artırmaq istəyirsə, özü bilər. Lakin bu kimi çirkin siyasətdən istifadə etmək yolverilməzdir.  Bakının Londondan uzaqda yerləşməsi, Mxitaryanın  Bakıya gəlməməsi  Azərbaycanın  problemi deyil. Mxitaryana təhlükəsizlik üzrə bütün  vədlər verilib. Amma  onun gələn ürəyi yoxdursa,  o zaman bu, onun problemidir. 

O ki qaldı digər məsələlərə - yol uzaqdır, bilet bahadır və s. Bildirim ki, Bakıdan da Londona olimpiada və yarışlara getmək  üçün  bilet ucuz deyil və çoxlu vaxt aparır. Şərqi Avropa ölkələri də eyni problemlərlə Londona gedərkən rastlaşırlar. Bu açıq - aşkar ingilis eqoizmidir, çox gülüncdür. Bununla, onlar yenə də  Avropa eqo sentrikliyini göstərmiş oldular”. 

Qeyd edək ki, Amnesty İnternational  1961- cil ildə Böyük Britaniyada yaradılan, insan haqlarının təbliği sahəsində tədqiqatlar və hərəkətlər həyata keçirən qeyri-hökumət təşkilatıdır.

Əsmər Qabil 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!