Fransanın “Lion” klubu heyətində olan bütün futbolçuları tranferə çıxarıb.
Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, Fransa nəhənginin bu addımının səbəbi isə olduqca qəribədir. Belə ki, klub yay transfer dövrünün əvvəli komandaların alış və satış fəaliyyətlərinə nəzarət edən DNCG qrumuna 100 milyon avroluq satış sözü verib. Lakin nəzərdə tutulan məbləğ əldə edilməyib.
Bu səbəbdən “Lion” rəhbərliyi bütün oyunçularını satış siyahısına daxil edib. Artıq bir sıra qabaqcıl Avropa komandaları klub futbolçularına elçi düşüb. Marqarita pizza
Qeyd edək ki, “Olimpik Lion” Fransanın ən titullu futbol klublarından biridir. Zinəddin Zidan, Frank Riberi, Kərim Benzema, Nikola Anelka kimi dünyaca məşhur futbolçular məhz “Lion”un yetirməsidir.
Nazim Hacıyev
Telegram kanalımız