Bu klub yeni mövsümdən Xankəndini təmsil edəcək - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bu klub yeni mövsümdən Xankəndini təmsil edəcək - Foto

İdman

25 Dekabr 2023 18:14 1284


Yeni mövsümdən Xankəndinin Azərbaycanın futbol xəritəsində yer alacağı barədə məlumat vermişdik. Artıq bu prosesin detalları müəyyənləşib.

Publika.az-ın əldə etdiyi məlumata görə, MOİK yeni mövsümdən sözügedən şəhərimizi təmsil edəcək. Müdafiə Nazirliyinin balansında olan komandanın orada məskunlaşması yönündə artıq işlərə başlanıb.

Əvvəlcə klub rebrendinq edilib. Klub yeni loqo ilə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndidə keçirilən "Qarabağ"la oyunda meydana çıxıb. Bundan başqa, şirkətlərdən biri MOİK-in titul sponsoru olub. Toyuqlu pizza

MOİK-in yeni mövsümdən hansı liqada çıxış etməsindən asılı olmayaraq Xankəndini təmsil edəcəyi artıq dəqiqləşib. Futbol komandasının məskunlaşması üçün baza və şərait yaradılacaq.

Bundan əlavə, yaxın gələcəkdə Mərkəz Ordu İdman Klubunun nəzdində fəaliyyətdə olan bütün idman növləri üzrə idmançıların və komandaların da qədim şəhərimizdə məskunlaşması planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!