“Bu komandanın potensialı var” - Canni De Byazi

saytların hazırlanması

Evə çatdırılma

“Bu komandanın potensialı var” - Canni De Byazi

İdman

18 Noyabr 2020 02:35 1178


“Bizim üçün vacib oyun idi. Çətin olacağını bilirdik. İlk hissədə rəqibin qol vurmaq şansları oldu. Qapıçımıza təşəkkür edirik, bizi real qoldan xilas etdi".

Yenisabah.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Millətlər Liqasının VI turunda səfərdə Lüksemburqla qolsuz heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.

64 yaşlı mütəxəssis bildirib ki, Bədavi Hüseynovun zədələnməsi oyun planını pozub: "Onun əvəzlənməsindən sonra oyun planımız dəyişdi. Daha yaxşı oyun nümayiş etdirmək istəyirdik. Texniki və taktiki cəhətdən daha yaxşı oynaya bilərdik. Bunun üçün imkanlarımız var idi". pizza mizza

İtaliyalı baş məşqçinin sözlərinə görə, koronavirus pandemiyası da planları pozub: "Qrupun ilk oyununa daha yaxşı hazırlaşa bilmədik. Bu komandanın potensialı var. Futbolçuları inandırmalı və onlarda qalib psixologiyasını formalaşdırmalıyıq. Düzgün yolda olduğumuzu düşünürəm. Nizam-intizamı olan və yeri gələndə aqressiv futbol oynamağı bacaran komandamız var.

Mart ayınadək rəsmi oyunlar yoxdur, rəhbərliklə danışmalıyq. Bəzi təşkilatı işlər görüldükdən sonra yanvar ayının sonu fevralın əvvəlində təlim-məşq toplanışı və iki yoxlama oyunu keçirməyi planlaşdırırıq”.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!