Bu küçə və prospektlərdə xüsusi avtomobil zolağı yaradılacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu küçə və prospektlərdə xüsusi avtomobil zolağı yaradılacaq

İqtisadiyyat

01 Dekabr 2020 11:55 743


Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxt ərazisində 10 küçə və prospektdə avtobuslar üçün xüsusi hərəkət zolağının yaradılması ilə bağlı Nazirlər Kabineti yanında Yol hərəkətinin təhlükəsizliyi Komissiyasına təkliflər verilib.

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

O, bildirib ki, həmin təklifə Nazirlər Kabinetində baxılıb, bunun əsasında həmin küçə və prospektlərdə xüsusi zolaqların yaradılmasına icazə verilib: "İcazə əsasında paytaxtın Qara Qarayev, Gəncə və Atatürk prospektləri, Mikayıl Hüseynov, Şərifzadə, Rəşid Behbudov, Əhməd Rəcəbli, Müzəffər Həsənov küçələrində xüsusi avtobus zolaqlarının təşkil edilməsi planlaşdırılır". pizza mizza

M.Ağayev bildirib ki, artıq Mikayıl Hüseynov küçəsində xüsusi zolaq yaradılıb və aidiyyəti yol nişanları quraşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!