Bu küçədə avtomobillərin hərəkəti məhdudlaşdırılıb

saytların hazırlanması

Evə çatdırılma

Bu küçədə avtomobillərin hərəkəti məhdudlaşdırılıb

Sosial

23 Mart 2019 17:06 973


Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq martın 23-ü səhər saatlarından Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Yeni Sabah"a verilən məlumata görə, məhdudlaşma sabah gün ərzində aradan qaldırılacaq.

Nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. pizza hut

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!