Bu kursları bitirənlər həkim ola bilməzlər - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Bu kursları bitirənlər həkim ola bilməzlər - RƏSMİ

Sosial

13 Sentyabr 2025 16:28 1635


Universitetlərdə tədris edilən bəzi ixtisasların dırnaqarası kursları yaradılaraq insanları öyrədirlər. Həmin kursları bitirəndən sonra isə diplom və sertifikatlar verilir.

Bəs kursların verdiyi diplom, serfitikatlar nə dərəcədə etibarlıdır?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirildi ki, sözügedən kursların verdiyi diplomla tibb işçisi işləmək olmaz: Dördpendirli pizza

"Əhalinin sağlamlığının qorunması haqqında qanunun 46-cı maddəsinə əsasən, Azərbaycanda ali və orta ixtisas tibb müəssəsində təhsil almış şəxslər müvafiq diploma və ya xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilən qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Tibb kurslarının təşkil etdiyi müəssələr orta ixtisas tibb təhsili olmadığı üçün həmin müəssələr tərəfindən verilən sənədlər əsasında tibb işçisi vəzifəsində fəaliyyətə icazə verilməsi qadağandır"./Milli.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!