“Bu ləkə ilə yaşamaq asan deyil“ -  Mehmet Əli Ərbil danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Bu ləkə ilə yaşamaq asan deyil“ - Mehmet Əli Ərbil danışdı

Şou

24 İyun 2021 11:27 1063


Bir müddət əvvəl qalmaqal yaşayaraq bir-birlərinə qarşı dəhşətli ittihamlar səsləndirən türkiyəli şoumen Mehmet Əli Ərbil və Seda Sayan mübahisələri barədə danışıblar.

Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, keçmiş dost olan iki məşhur yenidən bir araya gələcək. Bu haqda danışan M.Ə.Ərbil Mayamidən qayıdandan sonra Seda ilə görüşəcəyini bildirib. 

O, illərin dostluğunun bir qalmaqalla pozulmayacağını qeyd edib: Dördpendirli pizza

"Mənim iki qızım var. Bu ləkə ilə yaşamaq asan deyil. 50 illik sənət həyatımda belə bir hadisə ilə qarşılaşmadım. Mayamidən qayıdanda Seda ilə yemek yeyəcəyik, küsülülük bizə yaraşmaz. Başqalarının sözü ilə hərəkət etdik. Bu dostluq belə rahat sonlana bilməz".

Qeyd edək ki, M.Əli Ərbil müğənniyə "Keçmişi ləkəlidir", Seda Sayan şoumenə isə evdə çalışan işçisinə təcavüz etdiyini demişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!